Xəbər lenti
30/01/2026 [12:32]
Sabah hava necə olacaq?
29/01/2026 [15:17]
Sabah hava necə olacaq?
Arxiv
«    Февраль 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
232425262728 

ABŞ Qara dəniz ölkələrini birlik olmağa çağırdı - NATO bölgədə fəallaşır

Baxılıb: 238     Tarix: 21-10-2021 11:59   

ABŞ-ın müdafiə naziri Lloyd Ostin oktyabrın 20-də Rumıniyaya səfəri zamanı Qara dəniz müttəfiqlərini bu hövzədə daha sıx müdafiə əməkdaşlığına çağırıb. Xatırladaq ki, Pentaqonun rəhbəri Rumıniyadan əvvəl Gürcüstan və Ukraynaya səfər etmişdi. Rusiya isə Qara dənizdə ABŞ və NATO müttəfiqlərinin hərbi gəmilərinin olmasını əsəbiliklə müşahidə edir.
Buxarestdə prezident Klaus İohannis və müdafiə naziri Nikolae Çuka ilə görüşü zamanı Ostin bildirib ki, Rusiyanın bu regionu hərbiləşdirməsi ilə bağlı sahil ölkələrinin birgə hərəkətinə ehtiyac var: “Qara dənizdə təhlükəsizlik və stabillik ABŞ-ın milli marağındadır və bu regionun NATO-nun şərq cinahının təhlükəsizliyi üçün kritik əhəmiyyəti var. Region Rusiya təcavüzü ilə üz-üzədir və biz Ukraynanın şərqində davam edən hərəkətlərdən, Gürcüstan ərazilərinin işğal olunmasından, Qara dənizin hərbiləşdirilməsindən, habelə havada və dənizdə təxribatçı hərəkətlərdən bunun şahidi oluruq”.
Ostinin Buxarestə, Kiyevə və Tbilisiyə səfərlərindən məqsəd NATO üzvlüyünə can atan Gürcüstan və Ukrayna da daxil müttəfiqlər arasında etimadın və hərbi əməkdaşlığın gücləndirilməsi idi.
Ostin oktyabrın 20-də habelə Rumıniyanın şərqindəki “Mihail Kogalniceanu” hərbi hava bazasına baş çəkib və oradakı ABŞ qüvvələri ilə görüş keçirib. Pentaqon bildirir ki, Ostinin səfərindən məqsəd Rusiya təcavüzü ilə üzləşən müttəfiqlərinə ABŞ-ın onların suverenliyinə sadiqliyini nümayiş etdirmək idi. Ostin qarşıdan gələn günlərdə Brüsseldə NATO ölkələrinin müdafiə nazirlərinin iclasına qatılacaq.

Qanunvehedef.az



{sape_links}{sape_article}