Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Azərbaycan teleməkanı İran casusları ilə doludur” - Mirmahmud Mirəlioğlu

Baxılıb: 198     Tarix: 22-10-2021 11:06   
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun Qanunvehedef.az-a müsahibəsi:
-  Siz bu günlərdə Şuşaya səfər etdiniz. 30 ildən sonra Şuşanı görmək necə hiss idi, təəssüratlarınız necədir?
- Səfər uğurlu oldu. Həmin gün hava dumanlı idi. 5-10 addımlıq məsafəni görmək olurdu. Sanki tariximiz və yaşadıqlarımız özü dumana bürünmüşdü. Təəssüratlar barədə heç indi də danışa bilmirəm. Yolboyu həm xarabalıqlar, həm də bərpa işləri gördüm. Şəhidlərimizi anırdıq. Əsgərlərimizin Şuşaya gedərkən yol boyu yazdıqları ilə tanış olurduq. Hər kəs ya öz adını, ya da rayonun adını, yaxud rayonun maşın seriyasını yazmaqla imzasını qoyub. Beləliklə, hər yerdə Azərbaycan əsgərinin qələbəsi görünürdü. Ordumuzun qələbəsi ilə yanaşı, həm də tam azad olmağımızın şahidi olduq. Şuşanın girişindən bir neçə metr məsafədə rus sülhməramlıları var idi. Qarşımızda hələ torpaqların işğaldan tam azad olunması ilə bağlı çox vəzifələr var. шаблоны для dle 11.2