Xəbər lenti
28/08/2026 [13:10]
Sabah hava necə olacaq?
28/08/2026 [09:32]
İran ABŞ-ni hədələdi
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Saakaşvilinin yeni videosu yayıldı

Baxılıb: 286     Tarix: 22-10-2021 17:35   

Gürcüstanın “İmedi” telekanalı ölkənin keçmiş Prezidenti Mixail Saakaşvilinin yeni videosunu yayıb.
Qanunvehedef.az xəbər verir ki, video Saakaşvilinin Gürcüstanda içərisində gəldiyi treyler avtomobildə lentə alınıb.
Telekanal videonu sabiq Prezidentin telefonundan paylaşıb. Belə ki, Saakaşvili telefonunda “ehtiyat” video çəkib saxlayıb.
Saakaşvili videoda qaçırıldığını və bunun kim tərəfindən edildiyini bildirmir.
“Bu, qaçırılmadır. Mən bilmirəm, bu, kimə və hansı ölkənin xüsusi xidmət orqanlarına sərfəlidir. Hətta məni hansı istiqamətə apardıqlarını da bilmirəm. Lakin məndə video var. Çox yaxşı gizlətdim, onlar fərqinə varmadılar, görmədilər”, - deyə Saakaşvili videoda deyir.
Telekanalın iddiasına görə, Saakaşvili Gürcüstana gələ bilməyə nail olmadıqda özünün qaçırılması barədə şayiələr yaymağı planlaşdırıb.
Mixail Saakaşvili öz növbəsində barəsində yayılan videoya münasibət bildirib: “Müxtəlif ekzotik yerlərdən təbəssüm etdiyim videoları yaymaqdansa, gürcü xalqı və beynəlxalq ictimaiyyət məndən hər şey barədə həqiqəti eşitsinlər deyə hökumətə məsləhət görürəm və qəti şəkildə tələb edirəm ki, məni məhkəməyə aparsınlar”.





{sape_links}{sape_article}