Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Bu ölkədə yağan qar 11 nəfərin həyatına son qoydu

Baxılıb: 237     Tarix: 23-10-2021 11:17   
 Hindistanın şimalında yağan qar və qeyri-sabit hava şəraiti səbəbindən azı 11 nəfər həyatını itirib.
Bu barədə Qanunvehedef.az NDTV telekanalına istinadən xəbər verir.
Telekanalın məlumatına görə, 17 turist və onları müşayiət edənlərdən ibarət qrup ötən bazar ertəsi Uttarakhand ştatında Lamkhaq dağ aşırımından keçərkən itkin düşüb. Bir neçə bələdçi yaxınlıqdakı evə çatdıqdan sonra onların axtarışlarına başlanılıb. Axtarışlara hərbçilər də cəlb olunub.  
İndiyədək 11 nəfərin cəsədi tapılıb. Xilas edilənlər xəstəxanaya çatdırılıb. İtkin düşmüş digər 4 nəfərin axtarışları davam etdirilir. Turistlərin hamısı Yeni Dehli və Qərbi Benqaliyadan olan hindlilərdir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar