Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Boris Consan Britaniya vətəndaşlarını peyvəndin 3-cü dozasını vurdurmağa çağırıb

Baxılıb: 259     Tarix: 24-10-2021 09:56   

Böyük Britaniyanın Baş naziri Boris Conson ölkə vətəndaşlarını koronavirus peyvəndinin 3-cü dozasını vurdurmağa çağırıb.
APA-nın məlumatına görə, bu barədə hökumət başçısının şənbə günü yaydığı bəyanatda deyilir.
“Peyvəndlər bu qışı keçməmizə kömək edəcək. Biz fenomenal irəliləyiş əldə etmişik, lakin işimiz hələ tamamlanmayıb. Məlumdur ki, peyvəndlərin təmin etdiyi qorunma altı aydan sonra zəifləyə bilər. Sevdiklərinizi və ətrafınızdakıları qorumaq üçün 3-cü doza üçün dəvət aldıqda peyvənd olunmağa tələsin”, deyə baş nazir vurğulayıb.
Conson əlavə edib ki, bu virusu məğlub etmək mümkündür: “Elm adamlarını dinləsək və bir-birimizə qayğı göstərsək, virusu məğlub edə bilərik. Bu, hamıya çağırışdır: Peyvəndlər təhlükəsizdir, həyatı xilas edir və pandemiyadan çıxış yoludur”.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar