Xəbər lenti
06/05/2024 [12:57]
Sabaha olan hava praqnozu
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ABŞ 55 min əfqan qaçqını iş və yaşayış yeri ilə təmin edəcək

Baxılıb: 125     Tarix: 25-10-2021 09:39   

Amerika hakimiyyəti bunun üzərində işləyir ki, Birləşmiş Ştatların şəhərlərində 55600 əfqan qaçqını yerləşdirsin. Bu insanlar xaricdəki ABŞ hərbi bazalarına təxliyə olunublar.
Xəbəri oktyabrın 23-də CNN telekanalı yayıb.
Kanalın məlumatına görə, ABŞ Prezidenti Co Bayden administrasiyası belə bir proqramı işə salır ki, ölkəyə gələn əfqanları şəhərlərdə yerləşdirsin. Bundan əlavə, Amerika hakimiyyəti miqrantlar üçün mərkəzlərin bərpası üzərində işləyir. Mərkəzlər Prezident Donald Trampın dövründə bağlanıb.
«Bu, düzünü desək, belə bir gözəl imkanın həyata keçirilməsidir ki, bizim veteranlar xahiş edirdilər - əfqanlar üçün təhlükəsiz və layiqli qəbul düzənləmək lazımdır, onlar bizimlə çiyin-çiyinə Əfqanıstanda xidmət ediblər və indi öz həyatlarını burada qurmaq istəyirlər» - telekanal Delavar ştatının keçmiş qubernatoru Cekson Makrelldən sitat gətirir. O, müvəqqəti olaraq, bu proqram üzərində nəzarəti həyata keçirir.
Ehtimal edilir ki, ailələrin bir hissəsi Amerika ailələrində yerləşdiriləcək - bu ailələr xeyriyyə proqramlarında iştirak edirlər. Qaçqınlar 227 dollar birdəfəlik ödəniş alacaqlar, hakimiyyət həm də əfqan uşaqların yerli məktəblərdə yerləşdirilməsinə kömək edəcək.
"Vaşinqton Post" qəzetinin məlumatına görə, avqustun 17-dən Birləşmiş Ştatlara 60 mindən artıq əfqan (onlar bir vaxtlar Amerika ordusuna müxtəlif köməkliklər göstəriblər) təxliyə olunub. Oktyabrın 7-də Pentaqondan xəbər veriblər ki, Amerika hökuməti Əfqanıstan vətəndaşlrının ABŞ-a təxliyəsini bərpa edib.

Qanunvehedef.azшаблоны для dle 11.2