Baydenin reytinqi onun sələflərindən sürətlə enir - Gallup
Baxılıb: 170 Tarix: 25-10-2021 09:43
ABŞ Prezidenti Co Baydenin reytinqi dövlət başçısı postunda, inauqurasiyadan ötən müddət ərzində 11,3 faiz enib. Bu, oktyabrın 22-də Gallup sosioloji xidmətin apardığı araşdırmanın nəticəsində məlum olub. Nəticə oktyabrın 22-də dərc olunub.
Xidmətin qiymətləndirməsinə görə, bu, Amerika liderlərinin prezidenliyinin ilk 9 ayı müddətində rekord reytinq enişidir - İkinci Dünya müharibəsinin sona çatmasından sonrakı dövrdə.
Gallup dövlət başçılarının ilk prezidentlik müddətində (bu posta seçkilərin nəticələrinə görə seçilmişlər) məlumatları göstərir. Bununla əlaqədar olaraq, Harri Trumenin (Franklin Ruzvelt dövründə vitse-prezident olub - 1945 il, prezidentin ölümündən sonra), Lindon Consonun (Con Kennedinin dövründə vitse-prezident olub, 1963-cü ildə onun ölümündən sonra Prezident olub) və Cerald Fordun ( Riçard Nikson dövründə vitse-prezident olub, 1974-cü ildə onun istefasından sonra Prezident olub) göstəriciləri statistikaya daxil edilməyib.
Bundan əvvəlki antirekord 44-cü Prezident Barak Obamaya (2009-2017) məxsusdur, onun reytinqi ilk 9 ayda 10,1 faiz aşağı düşmüşdü.
Dövlət başçısı postunda ilk 3 ayda Baydenin reytinqi 56,0 faiz təşkil edib. İyulda o, koronavirusla bağlı vəziyyətin pisləşməsi və ordunun Əfqanıstandan çıxarılması fonunda sürətlə aşağı düşüb.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər