Xəbər lenti
28/08/2026 [13:10]
Sabah hava necə olacaq?
28/08/2026 [09:32]
İran ABŞ-ni hədələdi
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Türkiyə “Mossad”a casusluq edənlərin fotolarını paylaşdı

Baxılıb: 243     Tarix: 25-10-2021 15:28   

Türkiyədə İsrailin Xarici Kəşfiyyat Xidməti (Mossad) ilə əməkdaşlıq etməkdə təqsirli bilinərək saxlanılan 15 nəfərlə bağlı qalmaqal səngimək bilmir.
Qanunvehedef.az xəbər verir ki, Türkiyə KİV-i sözügedən şəxslərin fotolarını yayıb.
“Yeni Sabah” 3 il ərzində İsrail kəşfiyyatı ilə əməkdaşlıq etməkdə təqsirli bilinən bu şəxslərin fotoları ilə yanaşı icra etdikləri casusluq əməllərinin siyahısını və qonorarların məbləğini də dərc edib.
Məlumata əsasən, ərəb mənşəli agentlər Türkiyədəki fələstinli müxaliflər, eləcə də gələcək peşələri müdafiə sənayesi və əlaqəli sahələrdə işləməklə bağlı olan fələstinli tələbələr haqqında verdikləri məlumatlar müqabilində qonorar əldə ediblər.
Bununla yanaşı, “sifarişçiləri” Türkiyədə fəaliyyət göstərən müxtəlif qeyri-hökumət təşkilatları barədə məlumatlar da maraqlandırıb.
Məlumata əsasən, agentlər 5 qrupa bölünüb və onların koordinasiyasını Konya şəhərindən olan tibb fakültəsinin tələbəsi M.A.S həyata keçirib. O, “Mossad”dan bir rəhbər ilə birbaşa əlaqəyə sahib olub və xarici ölkədə onunla şəxsən görüşüb.
Qeyd edək ki, “Mossad” ilə əməkdaşlıq edən casuslar ötən həftə Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) həyata keçirdiyi gizli əməliyyat zamanı saxlanılıblar. Saxlanılan şəxslər ərəb mənşəli Türkiyə və xarici ölkə vətəndaşlarıdır.



{sape_links}{sape_article}