Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Rusiyadan “S-500”ü ala biləcək ilk ölkələrin adları açıqlandı

Baxılıb: 526     Tarix: 02-11-2021 10:17   

“Hindistan, Çin və Rusiyanın bir sıra tərəfdaş dövlətləri Rusiyadan yeni nəsil “S-500” zenit-raket kompleksini alan ilk ölkələr ola bilərlər”.

Qanunvehedef.az xəbər verir ki, bunu Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin direktoru Dmitri Şuqayev deyib.
Onun sözlərinə görə, Hindistan Rusiyanın uzunmüddətli strateji tərəfdaşıdır:

“Biz “S-400”lərlə bağlı müqavilə imzalamışıq və onlar ilin sonuna qədər bu sistemin birinci hissəsini alacaqlar. Ona görə də Hindistanın yaxın gələcəkdə bizdən “S-500” istəməkdə maraqlı olması tamamilə məntiqlidir”.

Şuqayev qeyd edib ki, “S-500” raket kompleksləri Rusiyanın Silahlı Qüvvələrinə tələb olunan həcmdə təhvil verildikdən sonra onun xarici ölkələrə ixracı mümkün olacaq.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar