Xəbər lenti
Arxiv
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Azərbaycan BMT-nin 26-cı İqlim Konfransında yeni hədəflərlə çıxış edib

Baxılıb: 171     Tarix: 03-11-2021 12:58   

Şotlandiyanın Qlazqo şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 26-cı Sessiyasında Pariş Sazişindən sonra 5 illik dövrün nəticələri müzakirə edilir.
Qanunvehedef.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Emin Qarabağlı bildirib ki, konfrans çərçivəsində Azərbaycanın nümayəndə heyəti Qlobal Ekologiya Fondunun icraçı direktoru, Dünya Təbiəti Mühafizə İttifaqının  rəhbəri və İslam İnkişaf Bankının prezidenti, həmçinin Yaşıl İqlim Fondunun rəhbərliyi, Səhralaşmaya qarşı Konvensiyanın Baş Katibi, Ümumdünya Meteorologiya Təşkilatının Baş Katibi və İqlim Dəyişmələri üzrə Hökumətlərarası panelin sədri ilə görüşüb.
“Konfransda “Yaşıl İqtisadiyyat”a keçid istiqamətində  qəbul olunmuş inkişaf proqramları, iqtisadiyyatın sürətlə inkişaf etməsinə baxmayaraq ölkəmizin qlobal emissiyalarda payının çox cüzi, 0,15 faiz təşkil etməsi haqqında məlumatlar verilib.
Qlobal səylərə öz töhfəsini vermək məqsədilə Azərbaycan Konfransda yeni hədəflə çıxış edərək, 2050-ci ilə qədər əlavə könüllü öhdəlik kimi emissiyaların 40 faizədək  azalmasını və işğaldan azad edilmiş ərazilərdə “netto sıfır emissiya” zonasının yaradılmasını bəyan edib. Eyni zamanda, ağıllı şəhər/ağıllı kənd konsepsiyasının reallaşması və bu ərazilərdə “Yaşıl Enerji Zonası”nın yaradılması planları haqqında danışılıb.
Konfransda həmçinin, iqlim dəyişmələrinin fəsadlarını minimuma endirmək üçün Azərbaycanda erkən xəbərdarlıq sisteminin yaradılması məqsədilə hidrometeoroloji müşahidə şəbəkəsinin modernləşdirilməsi barədə məlumat verilib”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar