Əfqan miqrantları daşıyan gəmi Yunanıstan limanında dayanıb
Baxılıb: 172 Tarix: 03-11-2021 15:01
Əksəriyyəti əfqan olan 382 miqrantı daşıyan Türkiyə bayraqlı gəmi bazar günü səhər tezdən Yunanıstan adasının limanında lövbər salıb.
“Murat 729” gəmisi mühərrikləri sıradan çıxdıqdan sonra qəza siqnalı göndərib. “Khaama Press” Yunanıstan Miqrasiya Nazirliyinə istinadən xəbər verir ki, gəmi Yunanıstan sahil mühafizə gəmisi tərəfindən Kos limanına aparılıb. Gəmini tərk edən 6 nəfər dindirilmək üçün saxlanılıb. Digər miqrantlar adadakı qəbul mərkəzinə aparılıb. Əksəriyyəti kişi olan sərnişinlərin səhhəti barədə məlumat verilməyib. Nazirlikdən bildirilib ki, miqrantlar COVID-19 testi verəcək və mərkəzdə müvəqqəti olaraq mərkəzdə saxlanılacaq.
Afina Xəbər Agentliyinin məlumatına görə, Afina hökuməti Avropa Komissiyası ilə birlikdə gəmini geri almağı xahiş etmək üçün Türkiyə səlahiyyətliləri ilə əlaqə saxlayıb, lakin heç bir cavab verilməyib.
2015-ci ildən 2016-cı ilə qədər 1 milyondan çox insan, əsasən də suriyalı qaçqınlar Türkiyədən Yunanıstana keçərək Aİ-yə gəlib.
Çərşənbə axşamı günü üçü uşaq olmaqla dörd miqrant 23 nəfərlə birlikdə Türkiyədən Yunanıstana keçməyə çalışdıqları qayığın Saqqız adasında batması nəticəsində boğulub.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər