Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Paşinyanın mükafatlandırdığı kriminal avtoritet atışmada öldürüldü

Baxılıb: 415     Tarix: 11-11-2021 11:13   

Ermənistanın paytaxtı İrəvanda atışma nəticəsində 4 nəfər ölüb.
Qanunvehedef.az “Shamshyan”a istinadən xəbər verir ki, ölənlərdən biri “Kanakerçi Tuy” adı ilə tanınan məşhur kriminal avtoritet Artur Kazaryan olub.
Polisə gecə saatlarında paytaxtın Kanaker adlı qəsəbəsində evlərin birində atışma olduğu barədə məlumat daxil olub.
Hadisə yerinə gələn polis və müstəntiqlər evdə iki kişinin meyitini aşkar ediblər. Daha sonradan məlum olub ki, daha iki nəfər xəstəxanaya aparılarkən yola dünyalarını dəyişib.
Atışmanın baş verdiyi ev Ermənistan parlamentinin keçmiş deputatlarından birinə məxsusdur.
Qeyd edək ki, Artur Kazaryan 44 günlük müharibədə Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanın işğalı altında qalması uğrunda silahlı dəstələrin birində vuruşub. Bu ilin fevral ayında isə ölkənin Baş naziri Nikol Paşinyan Kazaryanı “Döyüş silahı” medalı ilə mükafatlandırıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar