Xəbər lenti
03/05/2024 [15:07]
Kremli Makrona cavab verdi
03/05/2024 [13:38]
Dilan özünə qəsd edib
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Türkiyə bu gənc qızın öldürülməsindən danışır - Foto

Baxılıb: 321     Tarix: 12-11-2021 10:16   

Türkiyədə 28 yaşlı Başak Cengizin küçə ortasında amansızca qətlə yetirilməsi ölkə gündəmini zəbt edib.
Qanunvehedef.az Türkiyə mediasına istinadən xəbər verir ki, Başak Cengiz İstanbulda noyabrın 9-u yaşadığı yaşayış kompleksinə tərəf gedərkən Can Göktuğ Boz adlı bir şəxs tərəfindən hücuma məruz qalıb.
Həmin yaşayış kompleksində yaşayan 27 yaşlı Can Göktuğ Boz samuray qılıncı ilə gənc qıza arxadan yaxınlaşaraq ona çox sayda zərbələr endirməyə başlayıb. Başak Cengiz zərbələrdən yerə yıxılsa da, Boz onu qılıncla vurmağa davam edib. Cinayətkar daha sonradan hadisə yerindən uzaqlaşsa da, qətlin təfərrüatı yaxınlıqdakı müşahidə kameralarına yansıyıb.
Bozun evində aparılan araşdırma zamanı daha 15 qılınc aşkar edilib. Həbs edilən Göktuğ Bozun sözlərinə görə, qətl törətdiyi gün əsəbi və kefsiz olub. O bildirib ki, bir qadını öldürmək daha asan olduğu üçün onu öldürməyə üstünlük verib. Ümumilikdə isə Başak Cengizi daha əvvəldən tanımadığını qeyd edib.
Göktuğ Bozun anası və vəkilinin sözlərinə görə, müvəkkili 14 yaşından bu yana psixoloji müalicə alıb və dərmanları nizamli şəkildə qəbul etməyib.

 шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər