Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Qırğızıstan və Tacikistan XİN başçıları sərhəd məsələsini müzakirə ediblər

Baxılıb: 243     Tarix: 22-11-2021 12:31   

Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayevlə Tacikistanın xarici işlər naziri Sirociddin Muxriddin arasında iki ölkənin sərhəd məsələsi üzrə görüş keçirilib.
“Report” xəbər verir ki, məlumatı Qırğız Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti yayıb.
Görüş “Avropa İttifaqı - Mərkəzi Asiya” dialoqu çərçivəsində baş tutub.
Tərəflər iki dövlət arasında sərhəd məsələsinə dair müxtəlif səviyyələrdə görüşlər keçirilməsinə dair razılığa gəliblər.
Nazirlər sərhədyanı bölgələrdə gərginliyi azaltmaq məqsədilə yerli sakinlərlə görüşlər keçirməyə də razılaşıblar.
Bundan başqa, tərəflər iki ölkə arasında ticarət əlaqələrinin inkişafını da müzakirə ediblər.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar