Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Çexiya Polşa-Belarus sərhədinə hərbçi göndərməyə hazır olduğunu açıqlayıb

Baxılıb: 365     Tarix: 24-11-2021 10:17   

Rəsmi Praqa Varşavaya Polşa-Belarus sərhədindəki böhranın həllinə kömək etmək üçün öz polisini və ordusunu göndərməyə hazırdır.
“Report” xəbər verir ki, bunu Çexiyanın baş naziri Andrey Babiş bildirib.
Eyni zamanda siyasətçi belə bir müraciətin hələ ki, Polşadan daxil olmadığını açıqlayıb. Onun sözlərinə görə, hazırda Polşa-Belarus sərhədində baş verənlər tamamilə qəbuledilməzdir.
Baş nazir həmçinin vurğulayıb ki, Polşaya hərbi qulluqçuların göndərilməsi yalnız Çexiya parlamentinin hər iki palatası təsdiq etdikdən sonra mümkün ola bilər.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar