Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Gürcüstanın Ədliyyə Nazirliyinin əməkdaşları Mixeil Saakaşviliyə görə cəzalandırılıb

Baxılıb: 346     Tarix: 07-12-2021 14:45   

Gürcüstanın Dövlət Müfəttişliyi Xidməti keçmiş prezident Mixeil Saakaşvilinin şəxsi məlumatlarının əldə olunması və yayılmasının qanuniliyi ilə bağlı araşdırmaları başa çatdırıb.
“Report”un yerli bürosu xəbər verir ki, qəbul edilmiş qərarla Gürcüstanın Ədliyyə Nazirliyi və Xüsusi Penitensiar Xidmət inzibati məsuliyyətə cəlb olunublar.
Xidmət sabiq dövlət başçısının penitensiar müəssisənin mağazasında qida məhsulları alması, qida rasionu barədə informasiyaların, həmçinin onun qida qəbul etməsini, Rustavi həbsxanasından Qldani türməsinin müalicə müəssisəsinə köçürülməsini əks etdirən videoların yayılmasını şəxsi məlumatlara dair qanunvericiliyin pozulması kimi qiymətləndirib.
Ədliyyə Nazirliyi və Xüsusi Penitensiar Xidmətə qarşı cərimə tətbiq olunmaqla yanaşı, hər iki quruma feysbuk, həmçinin rəsmi internet səhifələrində M.Saakaşvilinin şəxsi məlumatlarından ibarət yazıların pozulması tapşırılıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar