Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

“Demarkasiya və kommunikasiyaların açılması ayrı-ayrı məsələlərdir” - Qriqoryan

Baxılıb: 503     Tarix: 08-12-2021 10:41   

“Regionda nəqliyyat kommunikasiyalarının mümkün açılması Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə əlaqəli deyil”.
Qanunvehedef.az xəbər verir ki, bunu Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan “TASS”a verdiyi müsahibəsində deyib.
“Biz üç ölkə liderlərinin Soçi bəyanatına əməl edirik. Bu bəyanata əsasən isə, Ermənistan-Azərbaycan sərhədində sabitliyin və təhlükəsizliyin səviyyəsinin yüksəldilməsi üçün addımlar atmağa və iki ölkənin dövlət sərhədinin delimitasiyası və sonradan demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılmasına razılıq vermişik. Lakin bu məsələ heç bir halda regionda mümkün nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı deyil”, - deyə Qriqoryan bildirib.
Ermənistanın Baş nazirinin müavini, həmçinin əlavə edib ki, Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinlərinin üçtərəfli işçi qrupu çərçivəsində ekspertlərdən ibarət alt qrup yaradılıb. Onun sözlərinə görə, bu alt qrup sərhədlərin açılması halında daşımaların təmin edilməsi məsələlərinin öyrənilməsi ilə məşğul olur.
“Bu məsələlərin son tənzimləməsinə dair müzakirələr hələ aparılmayıb”, - deyə M. Qriqoryan söyləyib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar