Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Əfqan uşaqların ölümünə səbəb olan amerikalı hərbçilər cəzalandırılmayacaq

Baxılıb: 188     Tarix: 14-12-2021 11:40   

Əfqanıstanın paytaxtı Kabil şəhərində 7 uşağın ölümü ilə nəticələn insidentdə iştirak edən amerikalı hərbçilər məsuliyyətdən azad olunub.
Qanunvehedef.az “The New York Times”a (NYT) istinadən xəbər verir ki, Pentaqon rəhbərliyi həyata keçirdiyi araşdırmanın nəticələrinə əsasən belə bir qərara gəlib.
Məlumata görə, avqustun 29-u ABŞ-ın Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Kabildə səhv hava zərbəsi endirib. Nəticədə, 7-si uşaq olmaqla 10 nəfər həlak olub.
ABŞ-ın Kabildə hava hücumu həyata keçirməsi Kabil hava limanında iki gün əvvəl baş verən terror aktına cavab idi. Aeroportda baş verən partlayışlar zamanı 13 amerikalı hərbçi də daxil olmaqla 200 nəfər həlak olmuşdu. Hadisədən sonra ABŞ Prezidenti Co Bayden terrorçuların buna görə cavab verəcəyini vəd etmişdi.
Pentaqon rəhbərliyi araşdırma zamanı Kabildə aviazərbə ilə bağlı səhvə yol verildiyini etiraf edib. Lakin sözügedən zərbədə iştirak edənlərin cəzalandırılması istiqamətində qərar qəbul edilməyib.
“NYT” mənbələrinin məlumatına görə, ABŞ-ın müdafiə naziri və generallar həmin hərbçilərə qarşı cəza sanksiyalarının qəbul edilməsi üçün heç bir əsas tapmayıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar