Xəbər lenti
03/05/2024 [15:07]
Kremli Makrona cavab verdi
03/05/2024 [13:38]
Dilan özünə qəsd edib
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

İran, Hindistan və Özbəkistan Çabahar limanından istifadəyə hazırdırlar

Baxılıb: 156     Tarix: 16-12-2021 13:52   

İranın liman və dəniz təşkilatının icraçı direktoru Əli Əkbər Səfəvi bəyan edib ki, İran Özbəkistanın Çabahar limanının imkanlarından istifadəyə hazırlığını alqışlayır. Bu barədə dekabrın 15-də Mehr agentliyi xəbər verib.
Əli Əkbər Səfəvi bəyan edib ki, bu barədə dekabrın 14-də İran, Hindistan və Özbəkistanın virtual üçtərəfli nümayəndələrinin iclası zamanı qərara alınıb. O, deyib: 
«İran İslam Respublikası Özbəkistanın Çabahar limanının gücündən istifadə etməyə hazır olmasını alqışlayır və onun ticarət və investisiya planı üzrə Şəhid Behiştinin liman imkanlarını önə çəkir. Özbəkistan Çabahar üzrə qarşılıqlı anlaşma Memorandumuna qoşulan kimi, yaxın gələcəkdə biz, Hindistan, İran və Özbəkistan arasında tranzitin yüngülləşməsini görəcəyib… Son bir neçə ildə Çabahar Memorandumunun reallaşması ilə Şəhid Behişti limanının fəaliyyəti əhəmiyyətli dərəcədə artacaq və biz ümid edirik ki, Hindistan, İran, Əfqanıstan, Özbəkistan və Mərkəzi Asiyanın digər ölkələri ilə tam dəyərli əməkdaşlıq əldə olunacaq. Çabahar limanının fəallığı daha da artacaq».
Hindistan limanlar, gəmiçilik və çay yolları nazirinin müavini qeyd edib ki, Çabahar barədə İran, Hindistan və Əfqanıstan arasında saziş Əfqanıstana imkan verəcək ki, dənizə çıxsın və Çabahar limanının ikişafının əsasını qoysun. Hindistanlı məmur əlavə edib ki, son illər Çabahar limanı bölgəsel tranzit qovşağı olub və daha iqtisadi və stabil marşrut yaradıb və Hindistanı Mərkəzi Asiyanın digər ölkələri ilə birləşdirib.
Özbəkistan nümayəndəsi öz tərəfindən bəyan edib ki, Özbəkistan və Hindistan arasında ticarət həcmi son ildə əhəmiyyətli dərəcədə artıb. Onun fikrincə, Çabahar limanı bölgə ölkələri arasında nəqliyyatın asanlaşması və logistika sahəsində mühüm rol oynaya bilər.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər