Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Braziliyada sel qurbanlarının sayı artdı

Baxılıb: 705     Tarix: 30-12-2021 10:11   

Braziliyanın Bahia ştatında güclü leysan yağışlarının səbəb olduğu sel və torpaq sürüşməsi qurbanlarının sayı artıb.
Qanunvehedef.az ölkənin yerli xilasetmə xidmətlərinə istinadən xəbər verir ki, sözügedən ştatda sel nəticəsində həlak olanların sayı 24-ə çatıb. Daha 434 nəfər xəsarət və travma alıb.
Həmçinin 141 bələdiyyədən 132-sində fövqəladə vəziyyət rejimi elan edilib. Ümumilikdə 630 min nəfər selin təsirinə məruz qalıb. Təqribən 54 min sakin evlərini tərk etməli olub.
Qeyd edək ki, daha əvvəl verilən məlumatda 18 nəfərin həlak olduğu bildirilirdi.



Ən çox oxunanlar
{sape_links}{sape_article}