Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Tonoyan qalmaqallı açıqlamalar verməyə hazırlaşır

Baxılıb: 565     Tarix: 30-12-2021 11:33   

 Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan barəsində başladılan cinayət işi üzrə istintaq yekunlaşıb və iş yanvarda məhkəməyə təqdim ediləcək.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı “Hraparak” qəzeti yayıb.
“Bu yaxınlarda Tonoyanın vəkilləri cinayət təqibinə xitam verilməsi barədə müstəntiqə vəsatətlə müraciət etsələr də, bu vəsatət təmin edilməyib. Onlar vəsatətin təmin edilməməsi ilə bağlı prokurorluğa müraciət etmək niyyətindədirlər. Tonoyan vəkillərinə deyib ki, vəsatət təmin edilməsə, o danışmağa başlayacaq və artıq susmayacaq, qalmaqal doğuracaq açıqlamalar verəcək”, - deyə qəzet yazıb.
Qeyd edək ki, Ermənistanın Milli Təhlükəsizlik Xidmətində sursatların, xüsusən də keyfiyyətsiz, istifadəyə yararsız raketlərin alınmasında yol verilən sui-istifadə halları ilə bağlı cinayət işi başlanılıb. Cinayət işi çərçivəsində David Tonoyan da daxil olmaqla 7 nəfərə qarşı ittiham irəli sürülüb. Tonoyan külli miqdarda vəsaiti mənimsəməkdə günahlandırılır. Burada söhbət 2 milyard 277 milyon 323 min dramdan gedir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar