Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Qazaxıstanda qazı bahalaşdıran zavod direktoru saxlanıldı

Baxılıb: 335     Tarix: 05-01-2022 10:59   

Qazaxıstanın Manqistau vilayətinin Janaozen rayonundakı “Kazak qaz ondeu” təbii qaz emalı zavodunun direktoru saxlanılıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə “Zakon.kz” məlumat yayıb.

Direktorla birlikdə maye qazın elektron ticarəti bölməsinin rəhbəri də saxlanılıb.
Məlumata görə, zavod direktoru heç bir səbəb olmadan təbii qazın qiymətini bahalaşdırıb.

Bildirilir ki, sözügedən zavod Manqistau vilayətini və Qazaxıstanın əsas hissəsini maye qazla təmin edir. Maliyyə Monitorinqi Agentliyi bu faktla bağlı araşdırma aparır.

Qeyd edək ki, Manqistau vilayətinin Aktau, Janaozen və bir neçə rayonunda yanvarın 2-dən kütləvi etiraz aksiyaları keçirilir. Buna səbəb nəqliyyat vasitələri üçün maye qazın kəskin bahalaşması olub. Etirazçıların sözlərinə görə, yanvarın 1-dən maye qazın bir litrinin qiyməti 120 təngəyə (0,27 dollar) qalxıb, sakinlər onun 60 təngəyə (0,13 dollar) endirilməsini tələb ediblər.

Etirazlardan sonra maye qazın qiyməti 50 təngəyə (0,11 dollar) endirilib. Lakin buna baxmayaraq aksiyalar davam edir. Bu gün isə Qazaxıstan hökuməti istefaya gedib. Almatı şəhəri və Manqistau vilayətində fövqəladə vəziyyət rejimi tətbiq edilib.шаблоны для dle 11.2



Ən çox oxunanlar