Xəbər lenti
18/09/2026 [13:31]
Sabah hava necə olacaq?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Qazaxıstandakı aksiyalarda 200-dən çox insan polis bölməsinə aparıldı

Baxılıb: 479     Tarix: 05-01-2022 11:14   

Qazaxıstanın bir sıra bölgələrində maye qazın bahalaşması ilə bağlı keçirilən etiraz aksiyalarında 200-dən çox insan saxlanılıb.

Qanunvehedef.az “Zakon.kz” nəşrinə istinadən xəbər verir ki, həmin şəxslər ictimai asayişi pozmaqda təqsirli bilinərək saxlanılıb.

Məlumata görə, yerli hüquq-mühafizə orqanlarının və prokurorluğun xəbərdarlığına baxmayaraq, ölkə vətəndaşları yolları bağlayıb, nəqliyyatın hərəkətinə maneə yaradıblar.

Aksiya zamanı Qazaxıstanın daxili işlər orqanlarının 95 əməkdaşı xəsarət alıb, 37 xidməti avtomobilə zərər dəyib.

Xatırladaq ki, yanvarın 2-dən etibarən Qazaxıstanda qazla bağlı etiraz aksiyaları keçirilir. Ölkədə kütləvi etirazlar maye qazın qiymətinin bahalaşmasından sonra başlayıb. Bununla yanaşı, yanvarın 4-ü axşam saatlarında Almatıda aksiya iştirakçıları və polis arasında toqquşma baş verib. Qazaxıstan hökuməti istefa verib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar