Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Qazaxıstanda terror təhlükəsinin "qırmızı" səviyyəsi tətbiq edilib

Baxılıb: 268     Tarix: 07-01-2022 10:45   

Qazaxıstan ərazisində terror təhlükəsinin kritik - "qırmızı" səviyyəsi tətbiq edilib.
Bu barədə yerli Tengrinews.kz portalı məlumat yayıb.
Qeyd edilir ki, terror təhlükəsinin "qırmızı" səviyyəsi müəyyən edildikdə, xüsusi xidmət orqanlarına vətəndaşların, həmçinin onların əşyalarının, nəqliyyat vasitələrinin yoxlanılmasına, onların hərəkətinin müvəqqəti məhdudlaşdırılmasına və ya qadağan edilməsinə icazə verilir.
Bu səviyyə həm də yaşayış və digər müəssisələrə maneəsiz daxil olmağa imkan verir.
Həmçinin telekommunikasiya sistemlərinin kanalları ilə ötürülən informasiyaya nəzarət də edilə bilər.
Bundan başqa, "qırmızı" səviyyədə xüsusi xidmət orqanlarının bütün qüvvələrinin tam səfərbərliyi və döyüş hazırlığı, həmçinin tədbirlərin gücləndirilməsi nəzərdə tutulur.\Oxu.az

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar