Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

KTMT qüvvələri Qazaxıstandan bu tarixdə çıxarılır

Baxılıb: 199     Tarix: 11-01-2022 10:28   

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlılarının Qazaxıstanda əsas missiyası başa çatıb”.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev parlamentin iclasında məlumat verib.
“İki gündən sonra KTMT-nin vahid sülhməramlı kontingentinin ölkədən mərhələli şəkildə çıxarılmasına başlanılacaq”, - deyə Tokayev əlavə edib.
Prezident həmçinin vurğulayıb ki, Qazaxıstan qanuni olaraq KTMT-yə sülhməramlı kontingentin göndərilməsi xahişi ilə müraciət edib: “Hakimiyyətin ələ keçirilməsi planı üzərində sırf peşəkarlar işləyiblər. Bu, beynəlxalq terrorizm tərəfindən ölkəmizə qarşı silahlı təcavüz olduğundan, Qazaxıstan qanuni olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi üzrə tərəfdaşlarına sülhməramlı kontingentin göndərilməsi üçün müraciət edib. Belə bir qərarın qəbulu zamanı biz sadəcə olaraq terrorçular tərəfindən ələ keçirilməyə hazır olan Almatı üzərində nəzarəti tamamilə itirə bilərdik. Almatını itirsək, paytaxtı və bütün ölkəni itirmiş olardıq”.
Qeyd edək ki, sülhməramlı qüvvələrin tərkibinə Rusiya, Belarus, Qırğızıstan, Tacikistan və Ermənistan silahlı qüvvələrinin bölmələri daxildir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar