Xəbər lenti
30/06/2025 [12:45]
POEZİYA - Mehri Seferli
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Prezidentliyə namizəd seçiciləri çipslə ələ almağa çalışdı - Foto

Baxılıb: 192     Tarix: 22-01-2022 12:41   

“Fransız Vergi Ödəyiciləri Birliyi” təşkilatından olan siyasətçi Nikolya Mige Sen-Vio şəhərinin yaxınlığında yaşayan kənd şuralarının üzvlərinə çips paketləri göndərib.
Qanunvehedef.az “Le Point” nəşrinə istinadən xəbər verir ki, bununla o, qarşıdan gələn prezident seçkilərində namizədliyini irəli sürmək üçün onlardan imza toplamağa çalışıb.
Belə ki, mövcud qanunvericiliyə əsasən, Fransa prezidentliyinə namizəd istənilən seçkili vəzifəli şəxslərin 500 imzasını toplamalıdır. Nikolya Mige 2002-ci ildən başlayaraq hər dəfə prezident seçkilərinə namizədliyini irəli sürməyə çalışır, lakin yetəri qədər imza toplaya bilmədiyi üçün cəhdi boşa çıxır.
Nəşrin yazdığına görə, bu dəfə də “əbədi namizəd”in cəhdi uğurla nəticələnməyib.
Qeyd edək ki, Fransada prezident seçkiləri bu ilin aprelində keçiriləcək.

шаблоны для dle 11.2