Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bayden müxbiri təhqir etdi - Video

Baxılıb: 142     Tarix: 25-01-2022 11:56   

ABŞ Prezidenti Co Bayden “Fox News” telekanalının müxbirini təhqir edib.
Qanunvehedef.az xəbər verir ki, insident Baydenin Ağ Evdə iqtisadi müşavirləri ilə görüşü zamanı baş verib.
Görüşdən əvvəl jurnalistlər ABŞ Prezidentinə Ukrayna ətrafındakı vəziyyətlə bağlı sual verməyə başlayıblar. Bayden ona ölkədə qiymətlərin enməsi ilə bağlı deyil, Rusiya və Ukrayna barədə sualların verilməsinə görə gileylənib. Bu zaman “Fox News” telekanalının müxbiri Piter Dusi ABŞ liderinə belə bir sual ünvanlayıb: “İnflyasiya barədə suallara cavab verəcəksiniz? İnflyasiyanın seçkilərdən sonra siyasi öhdəlik olduğunu hesab edirsinizmi? (burada söhbət bu ilin yayında Konqresə keçirilməli olan seçkilərdən gedir – red)”.
Bunun ardınca görüşə başlamaq üçün KİV nümayəndələrini həmin məkandan çıxarmağa başlayıblar. Jurnalistlər zalı tərk etdikdə Bayden sual verən jurnalisti sarkazm ilə “Axmaq heyvan oğlu” adlandırıb. Belə güman edilir ki, Bayden mikrofonun qapalı olduğunu zənn edib. Ağ Ev hadisə barədə hələ ki, açıqlama verməyib.
“Fox News”un məlumatına görə isə, Bayden daha sonradan şəxsən Dusiyə zəng edib və bildirib ki, onun işlətdiyi ifadədə heç bir şəxsi məqam olmayıb.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar