Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Armen Sarkisyanın xarici ölkə vətəndaşlığı məsələsi araşdırılır

Baxılıb: 262     Tarix: 25-01-2022 14:43   

Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) ölkənin yenicə istefa vermiş Prezidenti Armen Sarkisyanın ölkə prezidenti seçilənə qədər Sent-Kits və Nevis vətəndaşlığının olub-olmamasını araşdırır.
Qanunvehedef.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, hələ 2021-ci ilin aprel ayında Armen Sarkisyanın xarici ölkə vətəndaşlığının olması ilə bağlı iş başlanılıb. Ölkənin Baş prokurorluğu bu iş çərçivəsində MTX-yə “Hetq” nəşrində yayılan məlumatı yoxlamağı tapşırıb.
“Hetq.am” isə yazır ki, Armen Sarkisyan prezident seçilənə qədər Sent-Kits və Nevis dövlətinin vətəndaşlığına malik olub. Bu səbəbdən də, onun prezident seçilmək hüququ olmayıb.
Qeyd edək ki, Ermənistan Konstitusiyasına əsasən, prezident seçilməzdən 6 il əvvəl Ermənistan vətəndaşı olan şəxs prezident seçilə bilər.



Ən çox oxunanlar
{sape_links}{sape_article}