Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

İmamoğlunun restorandakı fotosu narazılıq doğurdu

Baxılıb: 172     Tarix: 26-01-2022 13:25   

Bir neçə gündür Türkiyənin İstanbul şəhərinə yağan güclü qar bir sıra fəsadlara səbəb olub. Qar səbəbindən yollarda hərəkət etmək çətinləşdiyindən bəzi sürücülər maşınlarını yolun kənarında saxlayaraq piyada davam ediblər. Bəziləri isə gecəni avtomobillərində keçirməyə qərar veriblər.
İstanbul Böyükşəhər Bələdiyyəsinin qarla mübarizə üçün gördüyü tədbirləri qeyri-kafi qiymətləndirən şəhər sakinləri bələdiyyə rəhbəri Əkrəm İmamoğlunu tənqid atəşinə tutublar.
Qanunvehedef.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu hadisələr fonunda İmamoğlunun bir balıq restoranında çəkilən fotosu həmin etirazları daha da alovlandırıb. Çox sayda sosial şəbəkə istifadəçisi bələdiyyə sədrinin bu addımını kəskin tənqid ediblər.
Ə. İmamoğlu öz növbəsində sosial şəbəkə hesabında paylaşım edərək bu tənqidlərə münasibət bildirib:
“Qar təkcə İstanbula deyil, bütün ölkəyə mənfi təsir edib. Ankara-İstanbul avtomobil yolu bağlanıb. Yeni hava limanında və birləşdirici yollarda problemlər hələ də var. Mediada yalnız İstanbul Böyükşəhər Bələdiyyəsi tənqid olunur. Üç ildir İstanbulu itirmək həzmsizliyi artıq elə bir nöqtəyə gəlib çatıb ki, 19 saat boyunca sahədən və AKOM-dan (Fövqəladə Halların Koordinasiyası Müdirliyi) qarla mübarizəni davam etdirərkən 1 saatlıq nahar fasiləm müzakirə mövzusuna çevrilib”.
Onun sözlərinə görə, bu günə qədər bələdiyyə digər qurumlarla əlaqəli çalışıb, bundan sonra da bu cür işləməyə davam edəcək.
“Minlərlə işçimizin əməyi göz önündəykən, 19 saatlıq iş saatında 1 saatlıq nahar fasiləmin niyə gündəmə gətirilməsinə çalışılması məlumdur. Millətimiz bu həzmsizliyi yaxşı bilir”, - deyə İmamoğlu əlavə edib.
 
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar