Xəbər lenti
30/06/2025 [12:45]
POEZİYA - Mehri Seferli
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

“Qazaxıstanda asayiş bərpa olunub” - Tokayev

Baxılıb: 226     Tarix: 27-01-2022 15:10   

“Qazaxıstanda yanvar ayının əvvəlində baş verən iğtişaşlardan sonra vəziyyət tam olaraq sabitləşib, asayiş bərpa olunub”.
Qnunvehedef.az xəbər verir ki, bunu ölkə Prezidenti Kasım-Jomart Tokayev Təhlükəsizlik Şurasının iclasında deyib.
Tokayev, həmçinin iclasda milli təhlükəsizliyin bütün aspektlərinin gücləndirilməsi üzrə dərhal konkret tədbirlərin həyata keçirilməsinə başlamaq barədə göstəriş verib. O qeyd edib ki, bütün dövlət orqanları baş verən hadisələrdən dərs çıxarmalıdır.
Bununla yanaşı, Tokayev təhlükəsizliyə cavabdeh olan bütün qurumların işini dəyişməli olduğunu vurğulayıb.
Xatırladaq ki, yanvar ayının əvvəlində Qazaxıstanda kütləvi iğtişaşlar baş verib. İğtişaş iştirakçıları polis əməkdaşlarına və hərbçilərə hücum edib. Kasım-Jomart Tokayev dövlət çevrilişinə cəhd olduğunu bəyan edib. Ölkədəki vəziyyəti yanvarın 7-si sabitləşdirmək mümkün olub. Yanvarın 19-u isə bütün ölkə üzrə tətbiq edilən fövqəladə vəziyyət rejimi başa çatıb. Ölkə rəhbərliyinin məlumatına görə, iğtişaşlar nəticəsində 225 nəfər həlak olub, 4500-dən çox insan isə xəsarət alıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar