Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Tokayev dövlət katibinin səlahiyyətlərini artırdı

Baxılıb: 467     Tarix: 31-01-2022 12:16   

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev respublikanın dövlət katibinin səlahiyyətlərində dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Qanunvehedef.az “TASS”a istinadən xəbər verir ki, sərəncama əsasən, dövlət katibi əvvəlki funksiyaları ilə yanaşı, hazırda Prezidentin tapşırığı ilə siyasi partiyalarla münasibətdə onun maraqlarını təmsil edə, siyasi repressiya qurbanlarının tam reabilitasiyası üzrə dövlət komissiyasının, İctimai Etimad Milli Şurasının və Gənclər Siyasəti Şurasının fəaliyyətini əlaqələndirə bilər.
Qeyd edək ki, yanvarın 5-i Qazaxıstanın dövlət katibi vəzifəsinə Erlan Karin təyin olunub. O, bundan öncə dövlət başçısının köməkçisi olaraq çalışıb.
Fotoda Erlan Karin




Ən çox oxunanlar
{sape_links}{sape_article}