Xəbər lenti
Arxiv
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ABŞ və NATO-nun təhlükəsizlik təminatı ilə bağlı cavabının tam mətni dərc olunub

Baxılıb: 179     Tarix: 02-02-2022 13:20   

ABŞ və NATO-nun Rusiyanın təhlükəsizlik təminatı ilə bağlı təkliflərinə verdiyi cavabın tam mətni dərc olunub.
APA xəbər verir ki, 12 səhifəlik mətn İspaniyanın “El Pais” qəzeti tərəfindən dərc olunub.
Sənəddə bildirilir ki, NATO müdafiə ittifaqıdır və Rusiya üçün təhdid yaratmır. Alyans Avro-Atlantika regionunda sülh, sabitlik və təhlükəsizlik, bütövlükdə Avropanın azad və sülh içində olması üçün çalışır və bunlar NATO-nun hədəfləri olaraq qalır.
Gərginlik və fikir ayrılıqlarının dialoq və diplomatiya yolu ilə həll olunduğuna inandığını qeyd edən NATO müttəfiqləri təhdid və güc istifadəsinin qəbulolunmaz olduğunu qeyd edir və bildirirlər ki, Rusiyanın Ukraynada və ətrafında həmçinin Belarusda hərbi qüvvələrini toplaması səbəbsiz və əssasızıdır, ona görə də müttəfiqlər Rusiyanı deskalasiyaya çağırırlar. Bəyan edirlər ki, Ukrayna münaqişəsi Minsk razılaşması çərçivəsində və razılaşdırılmış formatlar vasitəsilə həll olunmalıdır. NATO Krım da daxil olmaqla Ukraynanın beynəlxalq sərhədlər çərçivəsində tanınan ərazi bütövlüyünə və suverenliyinə dəstəyini vurğulayır.
NATO göndərdiyi sənəddə bəyan edir ki, o, Avropanın təhlükəsiziliyi ilə bağlı fundamental prinsiplərə və razılaşmalara sadiqdir. "Biz təəssüf edirik ki, Rusiya NATO-Rusiya münasibətlərinin inkişafına kömək etmiş dəyərləri, prinsipləri və öhdəlikləri pozub.
NATO və Rusiya arasında stabil və proqnozlaşdırla bilən münasibətlər hamımızın ortaq marağındadır", cavabda qeyd olunub.
Sənəddə NATO-Rusiya Şurasının sədrinin irəli sürdüyü görüşlərin keçirilməsi təklifi təqdir olunub.
Bildirilib ki, Avro-Atlantikanın təhlükəsizliyinin təminatı istiqamətində irəliləyişlər üçün aşağıdakı təkliklər reallaşdırılmalıdır:
-Riskləri azaltmaq, şəffaflığı və proqnozlaşdırılmanın mümkünlüyünü təbliğ edən hərbi koomunikasiya kanallarının tam istifadəsi
-NATO və Rusiyanın nümayəndəliklərini qarşılqılı şəkildə Moskva və Brüsseldə mövcudluğunu bərpa etmək
-Təcili əlaqənin saxlanılması üçün mülki qaynar telefon xəttinin yaradılması ilə bağlı Rusiyanın təklifi üzərində işləmək
Sənəddə Avropanın təhlükəsizliyi ilə bağlı qeyd olunur ki, bütün ölkələr suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipinə əməl etməlidir. Rusiya Ukrayna, Gürcüstan və Moldovadan öz qüvvələrini çıxarmalıdır çünki bu qüvvələr həmin ölkələrin razılığı olmadan yerləşdirilib.
Bütün tərəflər münaqişnin həlli ilə bağlı konstruktiv şəkildə mövcud formatlarda işləməlidir ki, bura Normandiya Formatı, Üçtərəfli Təmas Qrupu, Cenevrə Beynəlxalq Müzakirələri və "5+2" danışıqları aid edilə bilər.
"Rusiya müttəfiqlərə və başqa ölkələrə qarşı pis niyyətli əməllərindən, təcavüzkar nüvə ritorikasından və güc nümayişindən çəkinməlidir".
ABŞ-ın yazılı cavabında isə qeyd olunur ki, Rusiya Ukraynaya qarşı güc nümayişini və aqressiyasını artırdıqca bu ABŞ və onun müttəfiqlərinin müdafiə mövqeyini daha da gücləndirəcək.
Qeyd olunur ki, ABŞ, onun müttəfiqləri və tərəfdaşları Rusiyanın artan çoxtərəfli hərbi qüvvələri, daha çox təcavüzkar mövqeyi, yeni hərbi imkanları, provakativ hərəkətləri, NATO müttəfiqlərinin sərhədləri yaxınlığında irimiqyasılı və xəbərdarlıqsız hərbi təlimləri, Krımın hərbi işğalının davamı və Ukraynanın şərq sərhədləri yaxınlığında hərbi güclərinin artırılması, müasir raketlərin Kalininqrada yerləşdirilməsi və NATO müttəfiqlərinə məxsus səma sərhədlərinə tez-tez müdaxilələrdən narahatdır.
Yazılı cavabda bildirilir ki, ABŞ və müttəfiqləri Avro-Atlantik regionun təhlükəsizliyini möhkəmləndirən səyləri dəstəkləyir və inanır ki, narahatlıq doğuran məsələlərlə bağlı dialoqun aparılması səmərəli nəticələr verə bilər.
"ABŞ hökumətinin mövqeyi budur ki, Rusiyanın Ukraynaya qarşı hədələyici hərəkətlərin deskalasiya şəraitində məsələlərdə irəliləyiş əldə oluna bilər", ABŞ-ın yazılı cavabında bildirilir

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar