Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Putin və Cinpin arasında görüş davam edir - Yenilənir

Baxılıb: 255     Tarix: 04-02-2022 13:59   

Rusiya Prezidenti Vladimir Putin Çinə səfər edib.
Qanunvehedef.az “TASS”a istinadən xəbər verir ki, bu, Rusiya liderinin pandemiya başlayandan bu yana Çinə ilk səfəridir.
V. Putin səfəri çərçivəsində Rusiya-Çin danışıqlarında iştirak edəcək, daha sonra işçi naharda Çin Prezidenti Si Cinpin ilə görüşəcək.
Bununla yanaşı, Putin Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasiminə qonaq qismində qatılacaq.
***
Rusiya və Çin Prezidentləri arasında danışıqlar başlayıb.
***
Vladimir Putinlə Si Cinpin arasında nümayəndə heyətləri ilə birgə keçirilən danışıqlar başa çatıb.
Danışıqlar bir saata yaxın davam edib. Çin Mərkəzi Televiziyasının məlumatına görə, Putin və Cinpin görüşdə beynəlxalq strateji təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər.
Bunun ardınca iki ölkə liderinin işçi nahar çərçivəsində ikitərəfli görüşü başlayıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar