Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

NATO-nun yeni Baş katibi İtaliya təmsilçisi ola bilər

Baxılıb: 235     Tarix: 08-02-2022 12:42   

İtaliya təmsilçisi Yens Stoltenberqin mandatı bitdikdən sonra NATO-nun Baş katibi postuna ən real namizəd hesab olunur.
Qanunvehedef.az xəbər verir ki, bu barədə İtaliyanın “La Repubblica” qəzeti yazıb.
Qəzetin məlumatına görə, qeyri-rəsmi rotasiya qaydasına əsasən, bu vəzifəni Aralıq dənizi regionu dövlətlərindən birinin nümayəndəsi tutmalıdır.
Qeyd olunur ki, İspaniya və Portuqaliya rəqib hesab oluna bilməz. Çünki bu ölkələrin nümayəndələri artıq beynəlxalq siyasi arenada vacib vəzifə tutublar. Bunlar isə Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi ispan Cozef Borrel və BMT-nin Baş katibi portuqaliyalı Antonio Quterreşdir.
Bununla yanaşı, qəzet qeyd edir ki, İtaliya hökuməti bu məsələ ilə bağlı namizədinin kim olacağına dair hələ qərar verməyib. Sözügedən namizəd isə NATO-nun iyun ayında Madriddə keçiriləcək sammitindən əvvəl təsdiq edilməlidir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar