Xəbər lenti
28/08/2026 [13:10]
Sabah hava necə olacaq?
28/08/2026 [09:32]
İran ABŞ-ni hədələdi
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

BƏƏ Ərdoğanın səfərinə belə hazırlaşır - Video

Baxılıb: 241     Tarix: 14-02-2022 10:57   

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfərə yollanacaq.
Qanunvehedef.az “TRT Haber”ə istinadən xəbər verir ki, səfər BƏƏ-nin vəliəhd şahzadəsi Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın dəvəti əsasında baş tutacaq.
Səfər çərçivəsində keçirilən görüşlərdə iki ölkə arasında münasibətlərin bütün aspektləri və əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə ediləcək. Həmçinin tərəflər regional və beynəlxalq hadisələr barədə fikir mübadiləsi aparacaqlar.
Ərdoğanın səfərindən əvvəl BƏƏ-nin ən yüksək binası Bürc Xəlifə üzərində Türkiyə bayrağı nümayiş etdirilib və türkcə “Xoş gəlmisiniz” yazılıb. Bununla yanaşı, binanın ətrafında İstiqlal marşı səsləndirilib.
Qeyd edək ki, bu, Ərdoğanın koronavirusdan sağaldıqdan sonra ilk səfəridir.





{sape_links}{sape_article}