Xəbər lenti
Arxiv
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Donbasdan Rusiyaya təxliyə edilənlərin yeni sayı açıqlandı

Baxılıb: 182     Tarix: 21-02-2022 11:42   

Qondarma Donetsk və Luqansk Xalq Respublikalarından 61 mindən çox qaçqın Rusiyaya gəlib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın fövqəladə hallar naziri vəzifəsini icra edən Aleksandr Çupriyan açıqlayıb.
Onun sözlərinə görə, minə yaxın qaçqın 10 min rubl birdəfəlik ödəmə əldə edib.
Xatırladaq ki, daha əvvəl yayılan məlumatda Donbas bölgəsindən 53 mindən çox sakinin təxliyə edildiyi qeyd olunub. Bildirilir ki, fevralın 17-si Donbasda təmas xəttində vəziyyət gərginləşib. Donetsk və Luqansk Xalq Respublikaları Ukrayna Silahlı Qüvvələri tərəfindən atəş açıldığını iddia edirlər. Kiyev isə öz növbəsində, öz mövqelərinin atəşə tutulduğunu açıqlayıb. Hər iki respublika ümumi səfərbərlik elan edib və sakinlərini Rusiya ərazisinə təxliyə etməyə başlayıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynanın separatçı Donetsk və Luqansk respublikalarından Rostov vilayətinə gələn hər bir şəxsə 10 min rubl ayrılması barədə göstəriş verib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar