Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

“Ukrayna Belarus tərəfdən hücum olacağını düşünmür”

Baxılıb: 257     Tarix: 21-02-2022 14:59   

“Kiyev Belarus tərəfdən mümkün hücum təhlükəsi görmür”.
Qanunvehedef.az xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, belaruslu həmkarına danışıqlar aparmaqla bağlı təklif irəli sürüb və danışıqların bu gün baş tutacağı gözlənilir.
Xatırladaq ki, xarici media fevralın 17-si Donbasda təmas xəttində vəziyyətin gərginləşdiyini yazır. Qondarma Donetsk və Luqansk Xalq Respublikaları Ukrayna Silahlı Qüvvələri tərəfindən atəş açıldığını iddia edirlər. Kiyev isə öz növbəsində, öz mövqelərinin atəşə tutulduğunu açıqlayıb. Hər iki respublika ümumi səfərbərlik elan edib və sakinlərini Rusiya ərazisinə təxliyə etməyə başlayıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar