Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Bayden: "Bu hücumun gətirəcəyi ölüm və dağıntılara görə yalnız Rusiya məsuliyyət daşıyır"

Baxılıb: 223     Tarix: 24-02-2022 10:11   

ABŞ prezidenti Co Bayden Amerika xalqına müraciət edərək, Ukraynaya qarşı iddia edilən təcavüzkar hərəkətləri ilə əlaqədar Rusiyaya qarşı növbəti addımlarını elan edəcəyini bildirib.
"Sabah səhər mən G7-dəki (Böyük Yeddilik) həmkarlarımla görüşəcəyəm, bundan sonra Amerika xalqına müraciət edərək, Rusiyanın Ukraynaya, beynəlxalq sülh və təhlükəsizliyə qarşı bu lazımsız təcavüz aktına görə, ABŞ-ın, eləcə də müttəfiqlərimizin və tərəfdaşlarımızın Rusiyaya tətbiq edəcəyi növbəti nəticələri elan edəcəyəm", - deyə Bayden Rusiya prezidenti Vladimir Putinin Donbassda hərbi əməliyyata başladığını elan etməsindən sonra Ağ Ev tərəfindən yayılan bəyanatda bildirib.
ABŞ prezidenti əlavə edib ki, "Dünya Rusiyadan hesabat verməyini istəyəcək".
Bayden Ukraynanın Rusiyanın "təxribatsız və əsassız" hücumuna məruz qaldığını və münaqişənin özü ilə gətirdiyi ölüm və dağıntılara görə yalnız Rusiyanın məsuliyyət daşıdığını deyib./Oxu.az

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar