Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Putindən sanksiyalara qarşı YENİ ADDIM: Martın 2-dən...

Baxılıb: 183     Tarix: 02-03-2022 13:51   

Rusiya prezidenti Vladimir Putin sanksiyalar qarşısında Rusiyanın maliyyə sabitliyinin təmin edilməsinə yönəlmiş əlavə müvəqqəti iqtisadi tədbirlər haqqında fərman imzalayıb. Putin verdiyi fərmanla martın 2-dən etibarən Rusiyadan 10 min dollardan yuxarı valyutanın dövriyyəyə buraxılmasına qadağa qoyub.
Qanunvehedef.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiyanın Ukraynaya təcavüzü bir çox ölkələrdə böyük reaksiyaya səbəb olub və qınaqlar sanksiyalara çevrilib.
Siyasətdən tutmuş mədəniyyət və idman sahəsinə qədər Rusiyanı hədəf alan bir çox sanksiyalar tətbiq edilib. İqtisadi sanksiyaların Moskvaya baha başa gəldiyi düşünülür.
Qeyd edək ki, Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi ən sərt iqtisadi sanksiyalar bir çox Rusiya banklarının "Swift" beynəlxalq ödəniş sistemindən çıxarılması olub. Bu sanksiya Rusiya banklarının dünya üzrə əməliyyatlarının qarşısını alıb. Bu isə Rusiyanın ixrac və idxalını iflic edə bilər. Rusiya Mərkəzi Bankının Avropa İttifaqı (Aİ), ABŞ, Böyük Britaniya və Kanadadakı aktivləri də dondurulub. Bu sanksiya isə Rusiya Mərkəzi Bankının öz banklarını və şirkətlərini dəstəkləmək üçün xaricə aktiv satmasının və bunun müqabilində rubl almasının qarşısını almaq məqsədi daşıyır.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər