Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Ermənistan parlamenti ilk turda ölkə prezidentini seçə bilmədi

Baxılıb: 262     Tarix: 03-03-2022 10:51   

Ermənistan parlamenti iclasda respublikanın yeni prezidentini seçə bilməyib.
Qanunvehedef.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, yeganə namizəd - yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçatryan 69 səs toplayıb ki, bu da prezident seçilmək üçün kifayət etməyib.
Seçki üçün birinci turda 81 səs lazımdır. Xaçatryanın namizədliyini irəli sürmüş hakim partiya isə 71 səs toplayıb. Müxalifətdəki “Mənim şərəfim var” və “Hayastan” fraksiyaları prezidentliyə namizədliyin müzakirəsini boykot ediblər.
Konstitusiyaya görə, prezident seçkilərinin ikinci və üçüncü turlarına icazə verilir, burada seçki üçün müvafiq olaraq 65 və 54 səs lazımdır.
Parlamentin sədri Akop Arşakyan bəyan edib ki, bu gün seçkilərin ikinci turu keçiriləcək.
Qeyd edək ki, Ermənistan parlamentli idarəetmə formasına malikdir, ona görə də prezidenti deputatlar seçirlər.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar