Xəbər lenti
28/08/2026 [13:10]
Sabah hava necə olacaq?
28/08/2026 [09:32]
İran ABŞ-ni hədələdi
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Putini dəstəkləyən dirijor işdən çıxarıldı

Baxılıb: 236     Tarix: 03-03-2022 11:18   

Milanın “La Skala” teatrının rəhbərliyi Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı hərbi əməliyyatlarını dəstəkləyən rusiyalı dirijor Valeri Gergiyevi işdən çıxarıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə teatrın kommünikesində bildirilir.
Kommünikedə deyilir ki, icraçı direktor Dominik Meyer Gergiyevə müvafiq məktub göndərib: “Maestroya, İtaliya Konstitusiyasına uyğun olaraq, münaqişənin sülh yolu ilə həllinin lehinə fikir bildirmək təklifi ilə məktub göndərilib”. Dirijordan isə cavab gəlməyib.
““La Skala” teatrı aqressiyanın qurbanı olmuş Ukrayna vətəndaşlarına və bu günlərdə müharibəni pisləmiş bir çox rusiyalılara öz dəstəyini bildirir", - deyə teatrda qeyd ediblər.
Artıq Valeri Gergiyevin idarə etdiyi “Pikovaya Dama” operasının dirijorluğu Timur Zangiyevə tapşırılıb.   



{sape_links}{sape_article}