Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Rusiya-Ukrayna danışıqları yaxın saatlarda başlayacaq

Baxılıb: 616     Tarix: 03-03-2022 14:00   

“Rusiya və Ukrayna arasında danışıqların başqa yerə və ertəsi günə təxirə salınması ilə bağlı məlumat həqiqətə uyğun deyil”.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi, Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib.
Onun sözlərinə görə, danışıqlar Belarusun Brest vilayətində keçiriləcək: “Görüş saat 15:00-da (Bakı vaxtı ilə 16:00) başlaya bilər”.
Xatırladaq ki, fevralın 28-i Rusiya və Ukrayna nümayəndə heyətləri Belarusun Qomel şəhərində danışıqlar aparıblar.
Ukraynanı görüşdə “Xalqın xidmətçisi” fraksiyasının sədri David Araxamiya, müdafiə naziri Oleksi Reznikov, prezident ofisi rəhbərinin müşaviri Mixail Podolyak, üçtərəfli əlaqə qrupunda Ukrayna nümayəndə heyəti rəhbərinin birinci müavini Andrey Kostin, deputat Rustem Umerov və xarici işlər nazirinin müavini Nikolay Toçitski təmsil edib.
Rusiya nümayəndə heyətinin tərkibinə isə Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavini Andrey Rudenko, müdafiə nazirinin müavini Aleksandr Fomin, Dövlət Dumasının Beynəlxalq Komitəsinin rəhbəri Leonid Slutski və Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov daxil olub.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar