Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Ukraynadan təxliyə edilən vətəndaşlarımızın sayı açıqlandı

Baxılıb: 164     Tarix: 04-03-2022 11:52   

Ukraynada hərbi əməliyyatların başlanmasından bu günədək quru yolla qonşu ölkələrdən: Moldovaya 6 500 vətəndaşımız, Polşaya 770 vətəndaşımız, Rumıniyaya 318 vətəndaşımız, Slovakiyaya 60 vətəndaşımız, Macarıstana isə 48 vətəndaşımız daxil olub.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, bu günədək Rumıniya ərazisindən həyata keçirilən 5 çarter reysi ilə 900 nəfər azərbaycanlı, xüsusilə də qadınlar, uşaqlar, yaşlılar Azərbaycana təxliyə olunub. Ukrayna ilə həmsərhəd ölkəkərdən vətəndaşlarımızın çarter reysləri, habelə avtobuslarla təxliyəsi bundan sonra da davam edəcək.  
“Ukraynadakı vəziyyətlə əlaqədar vətəndaşlarımıza hərbi obyektlərdən kənar olmalarını, təhlükəsiz yerdə qalmalarını, səyahətdən çəkinmələrini tövsiyə edirik.
Xüsusi hallar ilə bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının Kiyev şəhərindəki səfirliyi ilə (+380 73) 5050000 telefon xətti və [email protected] elektron poçt ünvanı, Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və [email protected] elektron poçt ünvanı ilə, eləcə də Azərbaycan Xarici İşlər Nazirliyinin aşağıdakı qaynar xətləri ilə məlumat əldə edə bilərlər:
Telefon: +994505748595, +994506725868, +994125969422, +994125969301
Elektron poçt: [email protected]
Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat vətəndaşlarımıza təqdim ediləcək”, - məlumatda deyilir.шаблоны для dle 11.2



Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar