Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Almaniya Ukraynaya 2700 “Strela” vermək istəyir, 700-ü işləmir

Baxılıb: 243     Tarix: 04-03-2022 15:45   

Almaniya ADR ordusunun ehtiyatlarından Ukraynaya 2700 “Strela” sovet zenit-raket kompleksi verməyi planlaşdırır.
Qanunvehedef.az xəbər verir ki, bu barədə “Bild” nəşri yazıb.
Qəzetin məlumatına görə, alman jurnalistlər müəyyənləşdiriblər ki, təslim ediləcək 2700 raketdən 700-ü artıq qeyri-işlək vəziyyətdədir: “Raketlərin ən azı 35 yaşı var və 2012-ci ildə istifadə üçün bloklanıb. Səbəb sursatın yanacaq yükündə korroziyaya/oksidləşməyə səbəb olan mikro çatlardır”.
Həmçinin bildirilir ki, raketlərin saxlandığı taxta qutular noyabr ayında o qədər kiflənib ki, Bundesvehr əsgərlərinin anbara yalnız qoruyucu vasitələrlə daxil olmasına icazə verilib.
Qeyd olunur ki, “Strela” raketləri Ukraynaya verilməzdən əvvəl materiallar Federal Avadanlıq İdarəsinin mütəxəssisləri tərəfindən yoxlanılmalıdır. Federal Təhlükəsizlik Şurası hələ təslimatı təsdiqləməlidir.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar