Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Ukraynalıların 92%-i Rusiyaya qalib gələcəklərinə inanır - Sorğu

Baxılıb: 231     Tarix: 11-03-2022 10:03   

Ukraynalıların əksəriyyəti Rusiyanın ölkələrinə qarşı hücumunun dəf ediləcəyinə əmindir.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumat “Reytinq” sosioloji qrupunun 8-9 mart
tarixlərində keçirdiyi sorğunun nəticələrində yer alıb.
Məlumata görə, sorğuda iştirak edənlərin 92%-i Ukraynanın bu hücumun öhdəsindən gələ biləcəyini düşünür. Həmçinin respondentlərin 57%-i Ukraynanın artıq gələcək həftələrdə, 18%-i bir həftə ərzində, 39%-i bir neçə həftə ərzində qələbə qazana biləcəyini bildirib.
Sorğuda iştirak edənlərin 18%-i isə hesab edir ki, müharibə bir neçə ay davam edəcək, yalnız 9%-i müharibənin yarım il və yaxud bir ildən sonra başa çatacağını düşünür.
Bununla yanaşı, sorğu iştirakçılarının 80%-dən çoxu qeyd edib ki, hər hansı şəkildə Ukraynanın müdafiə olunmasına kömək edirlər.
Respondentlərin 97%-i yaxın zamanlarda Ukraynada qalmağı planlaşdırırlar.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar