Xəbər lenti
28/08/2026 [13:10]
Sabah hava necə olacaq?
28/08/2026 [09:32]
İran ABŞ-ni hədələdi
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Dünya şöhrətli aktyor Jerar Depardye Türkiyədə balıqçı gəmisində yaşayacaq

Baxılıb: 507     Tarix: 18-03-2022 13:31   

2013-cü ildə Rusiya vətəndaşlığını alan dünya şöhrətli fransız aktyor Jerar Depardye həyatı ilə bağlı verdiyi yeni qərarları "L'Obs" jurnalına danışıb.
Qanunvehedef.az xarici mətbuata istinadən bildirir ki, məşhur aktyor indi öz ölkəsində daha az yaşamaq, İstanbul və Dubayda vaxt keçirmək istədiyini deyib.
73 yaşlı Depardye daha dinc bir həyat istədiyini, dalğalarda yelkən açaraq bu rahatlığı tapacağına ümid etdiyini bildirib.
İki böyük balıqçı qayığı aldığını söyləyən Depardye bildirib ki, qayıqlardan biri Dubaydadır, İstanbulda isə ton balığı ovu üçün istifadə edilən gəmisini mənzilə çevirib. Film çəkmək üçün Fransaya gedəcəyini, lakin doğulduğu ölkədə yaşamaq istəmədiyini bildirən Depardye Parisdəki üzüm bağlarını və evini də satışa çıxardığını qeyd edib.



{sape_links}{sape_article}