Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Rusiyanın daha 8 təyyarə və 3 helikopteri vuruldu

Baxılıb: 372     Tarix: 29-03-2022 10:22   

Ötən sutka ərzində Ukrayna hərbçiləri Rusiya Silahlı Qüvvələrinə məxsus daha 8 təyyarə və 3 helikopteri vurublar.
Qanunvehedef.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
Bununla yanaşı, ötən gün ərzində Rusiyanın müxtəlif növdə 4 pilotsuz uçuş aparatı və 2 qanadlı raketi vurulub.
Həmçinin Donetsk və Luqansk istiqamətlərində Ukrayna Silahlı Qüvvələri Rusiya tərəfinə məxsus 12 tank, 10 piyadanın döyüş maşını və 3 avtomobil texnikasını sıradan çıxarıb.
Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, fevralın 24-dən martın 28-i səhər saatlarına qədər Rusiya tərəfi təxminən 17 000-ə yaxın canlı qüvvə itirib. Bundan başqa, Rusiya ordusunun 586 tankı, 1694 zirehli döyüş maşını, 302 artilleriya sistemi, 95 reaktiv yaylım atəş sistemi, 54 havadan müdafiə sistemi, 123 hərbi təyyarəsi, 127 helikopteri,1150 avtomobil texnikası, 7 gəmi/kater, 73 yanacaq çəni, 66 dronu, 21 xüsusi avadanlığı, 4 OTRK/TRK /mobil SRBM sistemi məhv edilib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar