Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Zəhərləndiyi deyilən Roman Abramoviç İstanbulda danışıqlarda - Foto

Baxılıb: 480     Tarix: 29-03-2022 11:17   

Xəbər verdiyimiz kimi, İstanbulda Dolmabaxça sarayında Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların növbəti raundu keçirilir.
Qanunvehedef.az-ın məlumatına görə, müzakirə toplantısına zəhərləndiyi iddia olunan iş adamı Roman Abramoviç də qatılıb.
Qeyd edək ki, daha öncə “Bellingcat” tədqiqatlar qrupu Ukrayna-Rusiya danışıqlarında iştirak etmiş nümayəndə heyətinin üç üzvünün kimyəvi silahdan zəhərlənmə əlamətləri hiss etdiyinə dair məlumat yayıb. Onlardan birinin rusiyalı oliqarx Roman Abramoviç olduğu iddia edilirdi.
Qeyd edilirdi ki, söhbət 2022-ci il martın 3-dən 4-nə keçən gecə baş tutan danışıqlardan gedir.
Abramoviç və digər rusiyalı iş adamı deputat Rustem Umerovla birlikdə danışıqlarda iştirak edib:
“Həmin gecədən sonra danışıqlar qrupunun üç üzvü gözlərin və dərinin iltihabı, gözlərdə qızarıqlıq və ağrı kimi simptomları hiss edib. Simptomlar səhərə qədər səngiməyib”.
Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak isə bu məlumatı informasiya təxribatı adlandırıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar