Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Bolqarıstan fövqəladə epidemioloji vəziyyət rejimini ləğv etdi

Baxılıb: 429     Tarix: 01-04-2022 10:08   

Bolqarıstanda koronavirus pandemiyası ilə əlaqədar olaraq tətbiq edilən fövqəladə epidemioloji vəziyyət rejimi aprelin 1-dən ləğv edilib. 
Qanunvehedef.az “TASS”a istinadən xəbər verir ki, bu gündən etibarən Bolqarıstanda epidemiya əleyhinə tədbirlərə əməl olunmasına nəzarət dayandırılır, qapalı ictimai yerlərdə məcburi şəkildə qoruyucu maskalardan istifadə olunması barədə qayda, sosial məsafənin qorunması, kütləvi tədbirlərə daxil olmaq üçün icazə verilən insan sayı ilə bağlı qaydalar, ali məktəblərdə tələbələr üçün nəzərdə tutulan məhdudiyyətlər və s. ləğv olunub.
Qeyd edək ki, Bolqarıstanda hazırda təqribən 180 min aktiv koronavirus xəstəsi var. Son sutka ərzində isə ölkədə 1143 yeni yoluxma halı qeydə alınıb, 17 nəfər dünyasını dəyişib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar