Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Ukraynadakı müharibə fonunda biz BMT-nin qeyri-effektivliyinə şahid oluruq” - Roma Papası

Baxılıb: 419     Tarix: 06-04-2022 15:47   

Roma Papası Fransisk Ukraynanın Buça şəhərində törədilmiş qətliamı qınayıb.

APA “Reuters“ə istinadən xəbər verir ki, Papa Fransisk bu gün Vatikanda auditoriya qarşısında keçirdiyi görüş zamanı qətliamı qınayaraq Buça şəhərindən göndərilmiş Ukrayna bayrağını öpüb.

“Ukraynadan son xəbərlər bizə rahatlıq və ümid gətirmək əvəzinə Buça qətliamı kimi yeni vəhşiliklər gətirdi. Bu müharibəni dayandırın! Qoyun silahlar sakit qalsın! Ölüm və dağıdıcılığı dayandırın!”, - Papa bildirib.

Papa Fransisk çıxışının əvvəlində BMT-ni qeyri-effektivlikdə ittiham edib: “Ukraynadakı müharibə fonunda biz BMT-nin qeyri-effektivliyinə şahid oluruq”.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar